Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:07

Dollar indilik möhkəmdir, hesabatı gözləyirlər – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Bu gün – iyulun 5-də dünya bazarlarında dolların məzənnəsində möhkəmlənmə qeydə alınıb. Ancaq “Reuters” agentliyi treyderlərin ABŞ-da açıqlanacaq kənd təsərrüfatından kənar iş yerlərinin hesabatını gözlədiyini yazır. Bu hesabat Federal Ehtiyatlar Sisteminin (FED) qısamüddətli siyasətinə təsir göstərə bilər.

Dolların altı böyük valyuta səbətindəki .DXY indeksi 96,748-dir. Ötən həftə indeks son üç ayın ın aşağı həddinə – 95,843-ə düşmüşdü. Bu arada Fed-in bu ayın əvvəlindən faiz dərəcələrini azaldacağı gözləntiləri yaranıb.

“Reuters”in rəyini soruşduğu iqtisadçıların proqnozlarına görə, iyunda ABŞ-da qeyri- kənd təsərrüfatı sektorunda 160 min əlavə iş yeri açılıb. Mayda bu göstərici 75 min idi.

Dolların məzənnəsi son vaxtlar ABŞ dövlət istiqrazlarının gəlirliyinə əlaqəli dəyişir və bu gün də istisna olmayacaq – istiqrazlar bazarının əmək bazarı statistikasına reaksiyası, ehtimal, valyuta bazarının istiqamətini müəyyənləşdirəcək”, ​– “Daiwa Securities” şirkətindən aparıcı valyuta strategiki Yukio Ishizuki deyib.

Samsung Galaxy S9 telefonları, arxiv fotosu
Samsung Galaxy S9 telefonları, arxiv fotosu

Samsung telefonları suya davamlı deyil?

Avstraliyanın hökumət agentliyi Cənubi Koreyanın Samsung şirkətini məhkəməyə verir, onun Galaxy telefonlarının suya davamlılığı bağlı iddialarını mübahisələndirir.

Samsung 2016-cı ildə ilk IP68 sertifikatlı suyadavamlı telefonu olan Galaxy S7-ni buraxıb. O vaxtdan şirkətin bütün flaqman telefonları suyadavamlılıqla bağlı IP68 sertifikatını daşıyıb, suyadavamlı telefonlar kimi reklam olunub. Ancaq Avstraliyanın Rəqabət və İstehlakçı Komissiyası (ACCC) bunun saxta reklam olduğunu bildirir.

ACCC Samsung ilə iki əsas məqamı mübahisələndirir. Birincisi, Samsung reklamda bildirir ki, Galaxy telefonu 30 dəqiqə ərzində 1,5 dərinlikdə suda saxlansa, ona heç bir ziyan dəyməyəcək. İkincisi isə Samsung telefonların çimərlik və üzgüçülük hovuzlarında istifadəsini də reklam edir, ancaq IP68 sertifikatı yalnız təmiz suya aiddir.

ACCC iddialarını əsaslandırmaqdan ötrü 300-dən artıq Samsung reklamını nəzərdən keçidiyini bildirir.

Komissiya bildirir ki, Samsung telefonları suya düşdükdən sonra zədələndiyini deyən müştərilərin iddialarını rədd edib. Bundan başqa qurum Samsung-un öz vebsaytında yer almış reklama diqqət çəkir. Reklamda deyilir ki, bu ilin flaqman telefonu olan Galaxy S10 “çimərlik, yaxud hovuzda istifadəyə” tövsiyə olunmur.

Sovet dövrünün məşhur "Fəhlə və kolxozçu" abidəsi, müəllifi Vera Mukhina
Sovet dövrünün məşhur "Fəhlə və kolxozçu" abidəsi, müəllifi Vera Mukhina

Rusiyada qadınlar bu işlərdə çalışa biləcək

Rusiyanın Əmək Nazirliyi qadınların işləməsi qadağan olunan peşələr siyahısına yenidən baxıb. “RBK” portal xəbər verir ki, artıq 2021-ci il yanvarın 1-dən Rusiyada qadınlar yüksək tonnajlı maşınlar, elektrik qatarı sürə biləcək, avtomobil təmir edəcək, gəmilərdə çalışa biləcək. Qadınların 98 sahədə işləməsi isə qadağandır.

Bundan öncəki siyahı prezident tərəfindən 20 il qabaq təsdiqlənmişdi. Siyahıda qadınların işləməsi yasaqlanan 456 iş yeri göstərilmişdi, bu işlərin reproduktiv sağlamlığa təhlükə yaratdığı vurğulanırdı.

Ancaq feminist təşkilatlar uzun müddət idi bu siyahının qısaldılmasını, yaxud tamamilə ləğvini tələb edirdilər, qadınlara qarşı ayrıseçkilik yaratdığını deyirdilər. Bəzi qadınlar isə “qadağan olunan” işlərə məhkəmə yoluyla götürülmələrini tələb edirdilər.

2021-ci ildən qadınlar yükqaldırma qabiliyyəti 2,5 tondan yuxarı maşınları sürə biləcək; bütün növ gəmilərdə göyərtə üzvü ola biləcək; paraşütçü, elektrik qatarı maşinisti; avtomobil çilingəri; kənd təsərrüfatı sahəsində traktorçu-maşinist kimi çalışa biləcəklər.

Qadınların işləməsi yasaqlanan sahələr sırasında isə kimyəvi maddələr hasilatı; açıq dağ-mədən işləri; neft-qaz hasilatı sahəsində buruq, quyuların kimyəvi işlənməsi; kanalizasiya şəbəkəsinin təmizlənməsi və təmiri; dalğıc; əllə yük qaldırmanın olduğu istənilən işdə çalışması yasaqdır.

XS
SM
MD
LG