Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 05:51

Trump ordunu tərifləyir


Donald Trump

ABŞ Prezidenti Donald Trump Müstəqillik Günü tədbirlərində ordunu tərifləyib. Tənqidçiləri isə onu on illərin ənənəsini pozaraq bu günü siyasiləşdirməkdə ittiham edib.

Trump iyulun 4-də “Amerikaya salam” nitqini 97 illik Linkoln Memorialı qarşısında edib. Tədbirdə silahlı qüvvələrin ayrı-ayrı hissələrindən təyyarələr, bir neçə tank da sərgilənib.

Tədbir səbəbindən yaxınlıqdakı Reagan Milli Aeroportundan uçuşlar 90 dəqiqəliyə təxirə salınıb.

Prezidentin tərəfdarları bunu ABŞ ordusunun gücünün göstərisi adlandırsa da, etirazçıların fikrincə, prezident özünü birlik ifadə edən bayramın mərkəzinə keçirib. Demokratlar isə bunu “seçki kampaniyası tədbiri” adlandırıblar.

Trump yağışda islanmış kütləyə çıxışında deyib ki, “bu gün xalqımız həmişəkindən daha güclüdür. İndi xalqımız ən güclü dövrünü yaşayır”.

“65 ildən çoxdur heç bir düşmənin hava qüvvələri bircə Amerika əsgərini də öldürə bilməyib. Çünki səma Amerika Birləşmiş Ştatlarına məxsusdur”, –o deyib.

İyulun 4-də ABŞ-da 1776-cı ildə Müstəqillik Bəyannaməsinin imzalanması bayram edilir.

Sonuncu dəfə 70 il öncə ABŞ prezidenti Harry Truman 4 iyul mərasimində çıxış edib. Onda Bəyannamənin 175 illiyi qeyd olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG