Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Gürcüstan etirazlarının təşkilatçıları ‘taktikanı dəyişir’


Tbilisidə etiraz, 29 iyun, 2019-cu il
Tbilisidə etiraz, 29 iyun, 2019-cu il

Gürcüstanda iki həftədir davam edən kütləvi etirazların təşkilatçıları nəticə əldə etmək üçün taktikanı dəyişdiklərini deyirlər. İndiyədək nümayişçilər etirazın ilk gecəsinin polis tərəfindən zorakılıqla yatırdılmasına görə daxili işlər nazirinin istefasını tələb ediblər.

Təşkilatçılardan biri Giga Makarishvili iyulun 3-də AzadlıqRadiosu-na (RFE/RL) deyib ki, bundan sonra yürüşlər “partizan taktikası” ilə keçiriləcək.

Makarishvili-nin sözlərinə görə, etirazçılar Daxili işlər naziri Giorgi Gakharia-nı hər yerdə izləyəcək, istefasını tələb edəcəklər.

Giorgi Gakharia
Giorgi Gakharia

Film göstəriləcək, təqdimatlar keçiriləcək

İyunun 20-də parlament qarşısına yığışanları polis rezin güllələr və su şırnaqları ilə dağıdıb, 240-dan çox adam yaralanıb.

Müxalifət Gakharia-nı nümayişi dağıtmaq üçün aşırı gücdən istifadədə ittiham edir. O vaxtdan parlament qarşısına hər gecə yığışanlar nazirin istefasını tələb edirlər.

“Hər axşam böyük mobil ekranda Rusiyanın siyasətinə dair film göstərəcəyik. Kitab təqdimatları, Rusiyanın Gürcüstandakı siyasi kursu barədə yazan müəlliflərlə görüşlər təşkil olunacaq”, – Makarishvili vurğulayıb.

Yürüşlərin daha iki təşkilatçısı – Shota Digmelashvili Misha Mshvildadze də iyulun 3-də jurnalistlərə taktikanı dəyişmələrindən danışıblar.

Prezident Salome Zurabishvili polisin hərəkətlərinin araşdırıldığını, məsuliyyət daşıyanların cəzalandırılacağını deyib.

Etirazlara isə rusiyalı deputatın Gürcüstan parlamentində spikerin yerində əyləşməsi səbəb olub. Parlamentdə keçirilən toplantı zamanı baş vermiş bu insident deputatları da qəzəbləndirib.

Gürcüstanlıların böyük əksəriyyəti Rusiyaya ədavəti gizlətmirlər. Doqquz il qabaq beşgünlük müharibədən sonra Rusiya Gürcüstanın iki separatçı regionunu tutub.

XS
SM
MD
LG