Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 06:22

AB parlamenti spikerini seçdi


David-Maria Sassoli

Avropa Parlamenti italiyalı deputat David-Maria Sassoli-ni spiker seçib.

63 yaşlı keçmiş jurnalist səsvermənin ikinci raundunda 345 səs yığıb. Bu parlamentin mütləq səs çoxluğu deməkdir.

Sassoli-dən öncə bu postu Antonio Tajani tuturdu.

***

İyulun 3-də Strasburqda yığışan Avropa Parlamenti növbəti 2 il yarım üçün spikerini seçəcək.

İtaliyadan sosialist deputat David-Maria Sassoli bu vəzifəyə ən şanslı namizəd sayılır. Ondan öncə Bolqarıstanın keçmiş baş naziri Sergei Stanishev-in namizədliyini sosialistlər və mühafizəkarların çoxu rədd edib.

Bir neçə gün davam edən gərgin danışıqlardan sonra AB liderləri iyulun 2-də beş aparıcı posta namizədlərin adlarını açıqlayıblar.

Təsdiqlənərsə, Almaniyanın Müdafiə naziri Ursula von der Leyen Avropa Komissiyasının ilk qadın prezidenti olacaq, Jean-Claude Juncker-i əvəzləyəcək.

BVF rəhbəri Christine Lagarde Avropa Mərkəzi Bankının ilk qadın rəhbəri ola bilər.

Avropa Şurasının Prezidenti Donald Tusk-un yerinə Belçikanın Baş naziri Charles Michel-in, birliyin xarici siyasət rəhbəri Federica Mogherini-nin xələfi kimi isə İspaniyadan Josep Borrell-in namizədlikləri verilib.

Namizədlər iyulun sonunda 751 üzvü olan Avropa Parlamentində təsdiqlənməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG