Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 01:02

Azərbaycan pasportu neçəncidir


Azərbaycan pasportu

İyulun 2-də Henley Pasport İndeksi açıqlanıb. Bu indeks müxtəlif ölkələrin pasportlarını öncə viza əldə etmədən mümkün səyahət məkanlarının sayına görə sıralayır. Reytinq Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasından (IATA) əldə olunan informasiya əsasında tərtib olunur.

Budəfəki indeks 199 pasport və 227 səyahət məkanı üzrə dəyərləndirilib. Buraya mikroölkələr və ərazilər daxildir.

Azərbaycan pasportu 78-ci yerdədir, onunla 66 ölkəyə öncə viza almadan getmək mümkündür.

Qonşulardan Rusiya 51 (116 ölkə), Gürcüstan 52 (113), Ermənistan 84 (60), İran 101-ci (39) yerdədir.

Müqayisə üçün 6-cı yerdə olan Birləşmiş Ştatların pasportu ilə 116 məkana vizasız səyahət etmək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG