Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:26

Gürcüstanda deputat həbs olunmayacaq


Nika Melia
Nika Melia

Gürcüstanın apelyasiya məhkəməsi müxalifətdən olan deputat Nika Melia-nın zaminə buraxılması barədə qərarı qüvvədə saxlayıb. O, ötən ay paytaxtda iğtişaşların qızışdırmaqda ittiham olunur.

Tbilisi Apellyasiya Məhkəməsi qərarı iyulun 2-də çıxarıb. Etirazçılar isə artıq 12-ci gecədir parlament binasının qarşısına yığışır, daxili işlər nazirinin istefasını tələb edirlər.

Prokurorlar ilkin instansiya məhkəməsinin Melia-nın zaminə buraxılması haqda qərarından apellyasya şikayəti vermişdilər. Deputatın vəkilləri isə ona qarşı bütün ittihamların ləğvini istəyirdilər.

Gürcüstanda etirazlar, arxiv fotosu
Gürcüstanda etirazlar, arxiv fotosu

Keçmiş prezident Mikheil Saakashvili-nin Vahid Milli Hərəkatının liderlərindən olan Melia özünə qarşı ittihamları absurd sayır.

Parlament iyunun 26-da onun toxunulmazlığının ləğvinə səs verib. Ancaq müxalifət partiyaları səsverməni boykot edib, deputata qarşı cinayət işini “siyasi təqib” adlandırıb.

İyunun 20-də parlament qarşısına yığışanları polis rezin güllələr və su şırnaqları ilə dağıdıb, 240-dan çox etirazçı xəsarət alıb.

Müxalifət Daxili işlər naziri Giorgi Gakharia-nı nümayişi dağıtmaqda aşırı gücdən istifadə etməkdə suçlayıb.

Prezident Salome Zurabishvili polisin hərəkətlərinin araşdırıldığını, məsuliyyət daşıyanların cəzalandırılacağını deyib.

Etirazlara isə rusiyalı deputatın Gürcüstan parlamentində spikerin yerində əyləşməsi səbəb olub. Parlamentdə keçirilən toplantı zamanı baş vermiş bu insident deputatları da qəzəbləndirib.

Gürcüstanlıların böyük əksəriyyəti Rusiyaya ədavəti gizlətmirlər. Doqquz il qabaq beşgünlük müharibə nəticəsində Rusiya Gürcüstanın iki separatçı regionunu tutub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG