Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:18

Qətərdə yenə əfqan sülh sammiti planlaşdırılır


Kabildə iyulun 1-də törədilmiş partlayışdan sonra

İyulun 7-8-də Qətərdə əfqanlararası sülh sammiti planlaşdırılır. Ancaq bu danışıqların Əfqanıstan hökumətinin rəsmi iştirakı olmadan keçəcəyi görünür.

Sammitin keçiriləcəyi haqda açıqlama iyulun 1-də verilib. Elə həmin gün Kabildə törədilmiş partlayışda azı 6 nəfər öldürülüb, 105 nəfər yaralanıb. Təhlükəsizlik qüvvələri ilə bir neçə saat çəkən atışmada beş yaraqlı da öldürülüb.

ABŞ Dövlət katibi Mike Pompeo bu hücumu “barbar” hərəkəti adlandırıb, Talibanı dinc sakinlərə hücumları dayandırmağa çağırıb, Vaşinqtonun sülh prosesinə sadiq olduğunu vurğulayıb.

Qətərlə birlikdə Almaniya da sülh sammitinə sponsorluq edəcək. Bunu isə Almaniyanın Pakistan və Əfqanıstan üzrə xüsusi elçisi Marcus Potzel deyib.

Bundan öncəki sammit təşəbbüsü alınmamışdı, toplantıya kimlərin qatılacağı tərəflər arasında narazılıq yaratmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG