Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 15:31

Trump-Kim sammiti ‘düşmən münasibətlərin sonunu gətirdi’


Donald Trump (solda) və Moon Jae-in Seulda, 30 iyun, 2019-cu il

Cənubi Koreya prezidenti bu günlərdə keçirilmiş ABŞ-Şimali Koreya sammitini iki ölkənin qarşılıqlı düşmənçiliyinin sonu kimi dəyərləndirib.

Sammit iyunun 30-da ABŞ Prezidenti Donald Trump ilə Şimali Koreya lideri Kim Jong Un arasında Şimali və Cənubi Koreyaların sərhədində baş tutub.

Moon Jae-in iyulun 2-də hökumətin iclasında deyib ki, Trump-Kim sammiti iki ölkə arasında “düşmən münasibətlərin sonunu”, “sülh erasının başlandığını” göstərir.

Moon Şimali Koreya nüvə böhranının dinc həllindən ötrü Trump və Kim arasında diplomatiya lobbiçiliyi aparıb.

Trump və Kim iyunun 30-da nüvə danışıqlarını bərpa etməyə razılaşıblar. Ancaq tərəflərin Şimali Koreyanın nüvə tərksilahını razılaşdırmağa yaxın olmasının hər hansı əlaməti özünü büruzə verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG