Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 16:01

Azərbaycan neft hasilatının azadılması müddətinin uzadılmasını dəstəkləyib


Arxiv fotosu

Bu gün, iyulun 1-də Vyanada ”OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclasında çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov neft hasilatının azaldılması müddətinin uzadılması təklifini dəstəkləyib. Bu haqda “Report” xəbər verir.

Tədbirdə mövcud kvotalara dəyişiklik edilmədən neft hasilatının azaldılmasına dair “Əməkdaşlıq Bəyannaməsi”nin icrasının daha 9 ay uzadılması təklif edilib.

Bu təklif iyulun 1-də OPEC Nazirlər Şurasının 176-cı iclasında da müzakirə ediləcək. Qərarın iyulun 2-də qəbul edilməsi gözlənilir.

Pərviz Şahbazov çıxışında bildirib ki, 2018-ci ilin dekabrında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” sayəsində neftin kəskin ucuzlaşmasının qarşısı alınıb.

“Amma mayın sonundan başlayaraq yenidən neftin ucuzlaşma tendensiyasını müşahidə edirik. Bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1 mln.140 min barrel artması ilə bağlı proqnozlara rəğmən, bazarda həddindən artıq neft tədarükü var. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft ehtiyatları artmaqda davam edir. Qlobal neft təklifinin növbəti illərdə də tələbatı üstələyəcəyi gözlənilir. Ona görə də tənzimləmə tədbirlərini davam etdirməklə neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmanın müddətinin uzadılmasına ehtiyac var”, – nazir deyib.

2016-cı ilin fevralında Neft İxrac edən Ölkələr Təşkilatı - OPEK hasilatı sutkalıq 280 min barrel azaldıb.

Daha öncə Rusiya, Səudiyyə Ərəbistanı, Nigeriya, Qətər və Venesuela neftin hasilatının 11 yanvar tarixindəki göstəriciyə uyğun dondurulmasına qərar vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG