Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 07:06

Kabildə partlayışda bir nəfər ölüb, onlarla adam yaralanıb


Partlayışda yaralanan xəstəxanada müalicə alır

Kabildə partlayışda azı bir nəfər öldürülüb, 65 nəfər yaralanıb. Hücuma görə məsuliyyəti Taliban üzərinə götürüb.

***

Əfqanıstanın paytaxtı Kabildə atışmadan sonra güclü partlayış olub, rəsmilər azı 65 nəfərin xəsarət aldığını deyir.

Hadisə iyulun 1-də Kabilin Puli Mahmood Khan məhəlləsində baş verib.

Səhiyyə Nazirliyinin sözçüsü Wahidullah Mayar 9 uşaq daxil olmaqla 65 yaralının xəstəxanaya aparıldığını bildirib.

Polis rəsmisi Mohammad Karim Müdafiə Nazirliyinin binası qarşısında avtomobilə qoyulmuş bombanın partladıldığını, yaraqlıların yaxınlıqdakı binaya girərək nazirliyə atəş açmağa başladığını deyib.

Ərazini polis və təhlükəsizlik qüvvələri mühasirəyə alıb.

Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb.

Kabildə həm Taliban, həm də İslam Dövləti (İD) terrorçu qrupları fəaliyyət göstərir. Son aylar Kabildə nisbi sakitlik olub, bundan öncə ardıcıl zorakı partlayışların çoxuna görə İD məsuliyyəti götürüb.

Bu hücumdan iki gün öncə ABŞ və Taliban Qətərdə danışıqların yeddinci raunduna başlayıb. Məqsəd Əfqanıstanda 17 ildir gedən müharibəyə son qoymaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG