Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 16:11

Azərbaycan 5-ci qızıl medalı qazanıb


Belarus -Avropa oyunları, 2019

İyunun 29-da Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycan 5-ci qızıl medalını qazanıb.

AZƏRTAC -ın məlumatına görə, beşinci qızıl medala Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) sahib olub.

O, finalda xorvatiyalı Andcela Kvesiçə 5:0 hesabı ilə qalib gəlib.

İyunun 29-da 4-cü qızıl medalı Azərbaycana boks idman növündə Azərbaycan yığmasının legioner üzvü Alfonso Dominqes əldə edib.

81 kq çəki dərəcəsində çıxış edən Azərbaycan təmsilçisinin rəqibi böyük britaniyalı Bencamin Vittaker olub. Alfonso Dominqes 3:2 hesabı ilə qələbə qazanıb.

Bu mükafat Azərbaycan idmançılarının Minsk-2019-da 24-cü medalı olub. Bunlardan 5 qızıl, yeddisi gümüş, on ikisi bürüncdür.

II Avropa Oyunları iyunun 21-də başlayıb. Belarus paytaxtı Minskdə keirilən və iyunun 30-dək davam edəcək II Avropa Oyunlarına Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı qatılıb. Orada idmanın 15 növü üzrə 200 dəst medal qazanılmalıdır. Azərbaycandan Minskə 82 idmançı yollanmışdı.Onlar idmanın 11 növünü təmsil edirdilər.

Həmin idmançılardan bəziləri artıq, yarışı medalsız başa vurublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG