Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:20

Parisdəki hücumlara görə bosniyalı saxlanıb


Parisdə Bataklan konsert zalı, 22 dekabr, 2015-ci il

2015-ci ildə Parisdə törədilmiş hücumlarla əlaqədar bosniyalı Almaniyada saxlanıb. Bu haqda ölkənin şərqində yerləşən Drezden şəhərinin federal polisi və prokurorları iyunun 27-də birgə bəyanat yayıb.

2015-ci ildə islamçı ekstremistlərin törətdiyi hücumlarda 130 nəfər öldürülüb. Onlardan 90-ı Bataklan teatrında həlak olmuşdu.

Almaniya rəsmiləri 39 yaşlı şübhəlinin adını çəkməsə də, onun həbsi barədə Belçikanın order təqdim etdiyi bildirilir. Parisdəki hücumları törədənlərin çoxu Belçikadan idi.

Şübhəli saxlanıb, onun mümkün ekstradisiyasına Merseburq şəhərində məhkəmə baxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG