Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:40

Pompeo Modi ilə görüşüb


Mike Pompeo (solda) və Narendra Modi

İyunun 26-da ABŞ-ın Dövlət katibi Mike Pompeo Nyu Dehlidə Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb. Bu görüş ticarət və rüsumlardan dolayı ikitərəfli münasibətlərin gərginləşdiyi bir dönəmə düşüb.

Görüşün detalları açıqlanmayıb. Pompeo gün ərzində həmkarı S. Jaishankar ilə görüşməlidir.

Pompeo Hindistana iyunun 25-də – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmrlikləri və Əfqanıstana səfər edəndən sonra gedib.

Bu, Modi ötən ay təkrar seçiləndən tərəflər arasında ilk yüksək səviyyəli təmasdır.

ABŞ Prezidenti Donald Trump bu həftəsonu Yaponiyada keçiriləcək Böyük 20-liyin sammitində Modi ilə görüşməlidir.

İki ölkə rəsmilərinin Hindistanın Rusiyadan S-400 havadan müdafiə sistemi almaq planlarını müzakirə edəcəyi gözlənir.

XS
SM
MD
LG