Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 11:17

Xəzərin səviyyəsi 1 metrdən çox aşağı düşüb

Xəzər dənizi
Xəzər dənizi

“Xəzər dənizi qapalı hövzə olduğundan dövrü olaraq səviyyə dəyişmələri baş verir. Keçirilmiş monitorinqlərin nəticələrinə və aparılmış təhlillərə görə, hazırda səviyyə 1 metrdən çox aşağı düşüb” .

Bunu iyunun 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

R.Səttarzadə hesab edir ki, dəniz səviyyəsinin dəyişməsində başlıca amil iqlimi hesab olunur:

“Xəzərin su balansının əsasını təşkil edən çayların hövzələrində baş verən iqlim, dəniz səthindən buxarlanma və s. faktorlar dənizdə səviyyənin artıb-azalmasına təsir göstərir”, şöbə müdiri qeyd edib.

Onun sözlərinə görə, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb:

“Sonradan qısa dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb”.

R.Səttarzadə hazırda Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin ətraf mühit, insan sağlamlığı və təsərrüfatlara təhlükə yaratmadığını vurgulayıb.

This item is part of
XS
SM
MD
LG