Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Dekabr, şənbə, Bakı vaxtı 07:10

Kocharian həbsxanaya qaytarıldı


Robert Kocharian məhkəmədə, arxiv fotosu
Robert Kocharian məhkəmədə, arxiv fotosu

Ermənistanın keçmiş prezidenti Robert Kocharian Apellyasiya Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair aşağı instansiya məhkəməsinin qərarını ləğv etdikdən az sonra Yerevan həbsxanasına qaytarılıb.

***

Ermənistanın Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Kocharian barəsində həbs qətimkan tədbirinin qaldırılması haqda ilkin instansiya məhkəməsinin qərarını ləğv edib. Aşağı instansiya məhkəməsi Kocharian-ın mühakiməsini də dayandırmışdı. Keçmiş prezident 2008-ci ildə, onillik hakimiyyətinin son həftələrində konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Apellyasiya məhkəməsi iyunun 25-də Kocharian mayda buraxılandan sonra prokurorların verdiyi vəsatəti təmin edib.

Ermənistanda 2008-ci il hadisələri anılır, 1 mart, 2019-cu il
Ermənistanda 2008-ci il hadisələri anılır, 1 mart, 2019-cu il

Kocharian orduya küçə nümayişlərini dağıtmaq əmri verməkdə suçlanır. O zaman etirazçılar prezident seçkisinin nəticəsinə etiraz edirdilər. Seçkidə Kocharian-ın özünə varis seçdiyi Serzh Sarkisian-ın qalib gəldiyi elan olunmuşdu.

Hadisələr zamanı təhlükəsizlik qüvvələri ilə etirazçıların toqquşmasına ikisi polis əməkdaşı olmaqla 10 nəfər öldürülüb.

Mayın 18-də Yerevan məhkəməsi 64 yaşlı Kocharian barədə həbs qətimkan tədbirini ləğv edib. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin liderləri ona zamin durub, məhkəmə bərpa olunan kimi prosesə gələcəyini deyiblər.

Bundan iki gün sonra məhkəmə cinayət işini də ertələdi, Kocharian-ın statusunun mülki şəxs, yaxud prezident olduğunu müəyyənləşdirməkdən ötrü işi Konstitusiya Məhkəməsinə göndərdi.

XS
SM
MD
LG