Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 00:00

Deputatlar Atambaev-in toxunulmazlığını ləğv edir


Almazbek Atambaev, arxiv fotosu

Qırğızıstanda deputatlar keçmiş prezident Almazbek Atambaev-in toxunulmazlığının ləğvinə səs veriblər. Bununla da keçmiş prezidentin korrupsiya ittihamıyla mühakiməsinə yol açılıb.

İyunun 27-də keçirilmiş səsvermədə 103 deputat Atambaev-in toxunulmazlığının ləğvinə, altısı əleyhinə səs verib.

Atambaev vəzifədən sui-istifadəylə bağlı deputatların və baş prokurorun ona qarşı səsləndirdiyi ittihamları rədd edir.

***

Atambaev-in toxunulmazlığının ləğvini prokurorluq da dəstəkləyir

Qırğızıstan Baş Prokurorluğu ölkə parlamentinin keçmiş prezident Almazbek Atambaev-in toxunulmazlığını ləğv etməsini dəstəkləyib.

Baş prokuror Otkurbek Jamshitov iyunun 25-də deyib ki, prokurorluq deputatların ötən həftə Atambaev-ə irəli sürdükləri altı ittihamdan beşini əsaslandırıblar. Deputatlar keçmiş prezidenti hakimiyyətdən sui-istifadədə ittiham ediblər.

Prokurorluğun təsdiqi parlamentin Atambaev-in eks-prezident statusunu almasına yol açır, bu da onun cinayət təqibinə qarşı toxunulmazlığını itirəcəyi deməkdir.

Atambaev 2017-ci ilin oktyabrında prezident seçilmiş Sooronbai Jeenbekov-u dəstəkləyirdi. Amma son aylar tərəflər qarşılıqlı ittihamlar səsləndirməkdədir.

Hakimiyyət orqanları bu ayın əvvəllərində keçmiş prezident administrasiyasının ədliyyə sistemində islahatlar şöbəsinin başçısı Manasbek Arabaevi korrupsiya ittihamları ilə həbs edib.

Atambaevin vaxtında baş nazir olmuş Sapar IsakovJantoro Satybaldiev-ə qarşı da korrupsiya ittihamı irəli sürülüb.

Ötən il Qırğızıstan hüquq-mühafizə orqanları gömrük idarəsinin keçmiş rəisi Adamkul Junusovu və keçmiş müşavir Ikramjan Ilmiyanovu həbs etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG