Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:33

Trump-ın Fələstin planında pul söhbəti – Qərb mediası


Qəzə zolağında etiraz aksiyası, arxiv fotosu
Qəzə zolağında etiraz aksiyası, arxiv fotosu

İki ildən artıqdır ABŞ Prezidenti Donald Trump İsrail-Fələstin sülh prosesinə dair plan təklif edib. Bu gün – iyunun 25-də Bəhreyndə keçirilən iqtisadi sammitdə bu planın ilk mərhələsi açıqlanmalıdır. Elə “Sülhdən Rifaha” adlı sammitin məqsədi də Fələstin torpaqlarına sərmayəni həvəsləndirməkdir.

Planın əsas memarı, Trump-ın kürəkəni Jared Kushner “Reuters” agentliyinə iqtisadi təkliflərlə bağlı məlumat verib.

Jared Kushner (ortada), Donald Trump (solda) və İsrailin Baş naziri Benjamin Netanyahu
Jared Kushner (ortada), Donald Trump (solda) və İsrailin Baş naziri Benjamin Netanyahu

Agentlik Ağ evin iqtisadi planında Fələstin dövlətindən söz açılmadığını yazır. Bundan başqa, planın sonrakı siyasi mərhələsi haqda da elə bir söz deyilmir. Axı, on illərdir gedən sülh danışıqlarını əngəlləyən məsələlər yoluna qoyulmalıdır. Buraya Yerusəlimin statusu; sərhədlərin qarşılıqlı razılaşdırılması; İsrailin təhlükəsizlik əndişələrinin yoluna qoyulması; fələstinlilərin dövlət tələbləri; İsrailin Fələstin Ərazilərinin işğalına son qoyması; milyonlarla fələstinli qaçqının taleyi və sairə daxildir.

Manamada keçirilən sammitdə isə siyasi və dini münaqişəyə “öncə iqtisadiyyat” yanaşması ilə baxılacaq.

“Reuters”in gördüyü sənədlərdə Fələstin və qonşu ərəb ölkələrinin iqtisadiyyatının gücləndirilməsi üçün 50 milyard dollarlıq investisiya fondu yaradılmasına çağırılır.

Təklif edilən 179 infrastruktur və biznes layihəsi içində Qərb sahillə Qəzzəni birləşdirəcək 5 milyard dollarlıq nəqliyyat dəhlizi də var.

50 milyard dolların yarıdan çoxunun 10 il ərzində Fələstin ərazilərinə xərclənməsi nəzərdə tutulur. Qalanı qonşu Livan, Misir və İordaniya arasında bölünəcək. Misirin Sinay yarımadası Qəzzə ilə həmsərhəddir. İordaniya isə digər ölkələrdən daha artıq sayda fələstinli qaçqını qəbul edib, onların bu ölkədə daimi oturuşmasından ehtiyatlanır.

İllüstrativ foto
İllüstrativ foto

Dünya əhalisi nə dərəcədə vicdanlıdır

Dünyada mənəvi baxımdan ən düzgün adamlar İsveçrədə yaşayır. Bu keyfiyyət özünü azından içində pul olan pulqabıların qaytarılmasında göstərir. Yeni araşdırma dünyanın 40 ölkəsində vətəndaşların düzgünlüyünü araşdırıb.

İtirilmiş pul qabındakı pulun miqdarı onun qaytarılmasına necə təsir göstərir? Klassik iqtisadi nəzəriyyələrə görə, pul nə qədər çoxdursa, adamların düzgün davranması səviyyəsi azalır. Ancaq iyunun 20-də “Science” dərgisində dərc olunmuş tədqiqat bunun əksini sübuta yetirir. Üzə çıxan odur ki, alturizm, özünü “oğru” kimi görmək istəməmək hissi məsələnin maliyyə tərəfini üstələyir.

Tədqiqatçılar eksperimenti 40 ölkənin 355 şəhərində aparıblar. Düzgünlük siyahısının başında İsveçrə və Norveç durur, Peru, Mərakeş və Çin isə dibdə gəlir.

Sorğu bir məsələni də üzə çıxarıb ki, pul olmayan pul kisəsi haqda daha az məlumat verilir, nəinki pulla dolu. Dünya üzrə itirilmiş pulqabı barədə məlumat vermək göstəricisi ortalama 40 faizdir, içində pul varsa, bu, 51 faizə yüksəlir.

“Bu onu göstərir ki, adamlar digərinin rifahının qeydinə qalırlar və özlərini oğru kimi görmək istəmirlər”, – araşdırmanın həmmüəllifi, Miçiqan Universitetindən Alain Cohn deyib.

Rusiyada təqaüd yaşının qaldırılmasına etiraz aksiyası, arxiv fotosu
Rusiyada təqaüd yaşının qaldırılmasına etiraz aksiyası, arxiv fotosu

Sovetlər vaxtı sadə adamların qayğısına ‘daha çox’ qalırdı

Rusiyalıların yarıdan çoxu (59%) düşünür ki, sovet erasının əsas xüsusiyyəti sadə adamların qeydinə qalması idi. Bunu müstəqil Levada mərkəzi üzə çıxarıb.

Respondentlər SSRİ-nin digər müsbət məqamları içində bunları sadalayıblar:

  • Beynəlxalq münaqişələrin olmaması (46%)
  • İqtisadiyyatın uğurlu inkişafı və işsizliyin olmaması (43%)
  • Adamların həyatının daimi yaxşılaşması (39%)
  • Milli elm və mədəniyyətin dünyada ən qabaqcıl yerləri tutması (31%)

Sovet İttifaqının mənfi tendensiyalarına gəlincə, rusiyalılar bunları vurğulayıblar:

  • Növbələr və defisit (24%)
  • Ölkənin xarici aləmdən təcridi, xaricə gedə bilməmək (17%)

Sorğu mayın sonunda 137 yaşayış məntəqəsində 1616 nəfər arasında keçirilib.

XS
SM
MD
LG