İyunun 24-də Lənkəran Dövlət Universitetində imtahan zamanı bəzi tələbələrin halının pisləşdiyi bildirilir. Onlar günün birinci hissəsi Lənkəran Rayon Xəstəxanasına yerləşdirilib.
İyunun 24-də günün ikinci yarısında artıq, həmin tələbələrin hamısı - yeddisi də evlərinə buraxılıb.
Xəstəxanadan AzadlıqRadiosuna bildiriblər ki, tələbələr səhər saatlarında xəstəxanaya özləri müraciət ediblər.
“Onlar dərhal həkimlər tərəfindən müayinə olunub və hamısına “günvurma” diaqnozu qoyulub. Lazım olan tədbirlər görüləndən sonra müraciət edənlərin hamısı evə buraxılıb”, - deyə xəstəxanadan bildirdilər.
Lənkəran Azərbaycanın cənub rayonlarından biridir. Son günlər Azərbaycanın bəzi rayonlarda temperatur müsbət 40 dərəcəyə yüksəlib.