Keçid linkləri

Təcili xəbərlər
2023, 31 May, çərşənbə, Bakı vaxtı 20:27

Gürcüstanda seçki proporsional sistem üzrə ‘keçirilməlidir’


Tbilisidə parlamentin qarşısı, 24 iyun, 2019-cu il

Gürcüstanda 2020-ci il parlament seçkisi proporsional sistem üzrə keçirilməlidir. Bunu hakim Gürcü Arzusu partiyasının rəhbəri Bidzina Ivanishvili iyunun 24-də deyib.

Ivanishvili seçki zamanı partiyalar üçün baryer qoyulmalı olmadığını sözlərinə əlavə edib.

Gələn ildən qarışıq seçki sisteminin proporsional sistemlə əvəzlənməsi iyunun 20-dən küçələrə çıxan minlərlə etirazçının tələblərindən biridir.

***


Tbilisidə anti-Rusiya etirazları davam edib

Minlərlə nümayişçi Gürcüstan paytaxtında artıq dördüncü gündür etiraz edir. Onlar aparıcı dövlət rəsmilərinin istefasını, erkən seçki tələb edirlər.

Etirazlar iyunun 23-də axşam 7-də başlanıb, əhali Tbilisinin Rustaveli Prospektində parlament binasının qarşısına yığışıblar.

Bəzi etirazçılar əllərində Rusiyaya və Rusiya Prezidenti Vladimir Putinə qarşı plakatlar tutublar.

“Rusiya işğalçıdır”, plakatların birində belə yazılıb. Bir etirazçının geyindiyi qısaqol köynək üzərində isə “Gürcüstan yazarları və naşirləri heç vaxt Rusiya işğalına dözməyəcəklər”.

Nümayişçilərin bəziləri Gürcüstan hakimiyyətini pisləyiblər. Üç gün öncə etirazçılarla polisin toqquşmalarında yüzlərlə adam yaralanıb, həbsə atılıb.

Tbilisi parlamentinin qarşısı, 24 iyun, 2019-cu il
Tbilisi parlamentinin qarşısı, 24 iyun, 2019-cu il

Parlament binasının pilləkənləri qarşısında çadır qurulub

Parlament binası qarşısına asılmış bir posterdə 20 iyun axşamı gözündən rezin güllə yarası almış yaralı etirazçının şəkli yer alıb.

Bəzi etirazçılar 23 iyun yürüşünə gözləri sarıqlı gəliblər. Sarıqların üzərində Rusiyaya qarşı şüarlar yazılıb.

Ötən axşamkı yürüş dinc keçib, əraziyə nisbətən az polis qüvvəsi yerləşdirilib.

Gecəyarısından keçmiş etirazçılar parlament binası qarşısından Tbilisinin mərkəzinə doğru yürüş ediblər. Sonradan təxminən 200 nümayişçi yenidən parlament binası qarşısına qayıdıb. Onlardan əsasən gənclər şüarlar səsləndirib, Gürcüstanın bayraqlarını qaldırıb.

***Buna da bax: Tbilisidə aksiyaçılar hakimiyyətə saat 19-dək vaxt veriblər

Etirazçı Giga Lemonjava parlament binasının pilləkənləri qarşısında kiçik çadır qurub. O, AzadlıqRadiosu-na deyib ki, üç dostuyla birlikdə gecəni orada keçirəcəklər.

“Daxili işlər naziri istefa verənə, iyunun 20-də saxlanmış bütün etrazçılar buraxılanadək burada yatacağıq”, – Lemonjava deyib.

Müxalifətçilər iyunun 22-də deyiblər ki, etirazlar davam edəcək. Bundan bir gün öncə isə parlamentin spikeri Irakli Kobakhidze nümayişçilərin tələblərinə əməl edərək istefa verib.

Etirazların liderləri daxili işlər nazirinin istefasını, nümayişlərin birinci gecəsi saxlananların buraxılmasını, kütləyə qarı zorakılıqdan istifadə etmiş hüquq-mühafizə əməkdaşlarının cəzalandırılmasını tələb edirlər.

İyunun 20-də nümayişlər Rusiya Dövlət Dumasının üzvü Sergei Gavrilov-un Gürcüstan parlamentində keçirilən tədbir zamanı spikerin yerində oturmasına etiraz olaraq başlanıb.

Gürcüstan Prezidenti Salome Zurabishvili ilkin etirazların arxasında Moskvanın dura biləcəyinə eyham vurub.

Rusiya Prezidenti Vladimir Putin isə iyulun 8-dən Gürcüstana uçuşlara müvəqqəti qadağa qoyub. O, səyahət agentliklərini Gürcüstana turları dayandırmağa çağırıb.

XS
SM
MD
LG