Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:47

Tbilisidə aksiyaçılar hakimiyyətə saat 19-dək vaxt veriblər


Tbilisidə etiraz aksiyası , 22 iyun, 2019
Tbilisidə etiraz aksiyası , 22 iyun, 2019

Tbilisidə etiraz aksiyalarının təşkilatçıları bəyan ediblər ki, əgər hakimiyyət ötən etiraz aksiyaları zamanı saxlananları saat 19-dək azad etməsə Rustaveli prospektində aclıq aksiyasına başlayacaqlar.

Bu barədə iyunun 23-də AzadlıqRadiosu Rusiya xidmətinin müxbiri Georgi Kolobadze məlumat verib.

Aksiyaçılar həmçinin daxili işlər naziri Georgi Gakhariyanın istefasını tələb edirlər.

Ötən etiraz aksiyası zamanı parlament binasının qarşısında polislə nümayişçilər arasında baş verən toqquşmada 240 nəfər xəsarət alıb.

Onlardan 80-i polislərdir.

Rezin güllə nəticəsində nümayişçilərdən ikisi gözünü itirib.

Reper və hakim “Gürcü arzusu” partiyasının rəhbəri Bidzina İvanishvilinin oğlu Bera İvanishvili aksiyaçılara dəstək nümayiş etdirib ki, bu bir çoxları üçün gözlənilməzdir.

“Azadlıqsevər soydaşlarımın səsinə səs verirəm. Öz azadlığımızı heç kimə verməyəcəyik”, Bera İvanishvili özünün Feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin fərman verərək iyulun 8-dən Gürcüstana təyyarə reyslərini dayandırıb.

Buna da bax:Rusiya Gürcüstana uşuşların bərpasının şərtini açıqladı

Rusiyanın xarici işlər nazirliyi bunun, ölkə vətəndaşlarının təhlükəsizliyi üzündən edildiyini deyir.

Gürcüstanda kütləvi etirazlar iyunun20-də başlanmışdı.

Buna səbəb, rusiyalı deputat Sergei Gavrilovun parlamentlərarası assambleyanın Tbilisidə keçirilən iclasında spikerin kreslosunda oturması oldu.

Onun bu hərəkəti Gürcüstan cəmiyyətini qəzəbləndirdi.

Qeyd edək ki, Rusiya 2008-ci ilin yayında Gürcüstanla qısa müharibədən sonra, onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdı.

Bundan sonra tərəflər arasındakı münasibətlər kəskin pizləşdi.

İyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı polislə baş verən qarşıdurmada 200-dən çox adam xəsarət alıb.

Aksiyalar şənbə və bazar günləri də davm etdi, amma dinc şəraitdə.

İndi aksiyaçılar daxili işlər naziri Georgi Gakhariyanın istefasını, həmçinin seçki sistemində islahatlar aparılmasını tələb edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG