Keçid linkləri

Təcili xəbərlər
2023, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:32

İstanbulda mer seçkisindən sonra nə gözlənir – Qərb mediası


CHP tərəfdarlarının etirazı, 7 may, 2019-cu il
CHP tərəfdarlarının etirazı, 7 may, 2019-cu il

Bazar günü İstanbulda bələdiyyə seçkiləri keçiriləcək. Martda seçkini müxalifətin namizədi udandan sonra seçkinin nəticələri ləğv edildi və yeni seçki təyin olundu. “Reuters” agentliyi İstanbul seçkisinin ölkə üçün əhəmiyyətinin səbəblərini izah edir.

İstanbul Türkiyənin ən böyük şəhəri və ticarət mərkəzidir, son 16 ildə ölkəni idarə etmiş Recep Tayyip Erdogan-ın da hakimiyyətə yüksəlişi də bu şəhərdən başlanıb, 1990-cı illərdə bələdiyyə sədri seçilib.

Erdogan-ın AK Partisi (AKP) 31 mart seçkisinədək 20 ilədək bir müddət ərzində burada seçkini uduzmayıb. Müxalifət CHP-dən Ekrem Imamoglu seçkidə cüzi səs fərqilə qalib gəldi. İndi rəy sorğuları seçkinin növbəti raundunda da nəticələrin bir o qədər fərqlənməyəcəyini göstərir.

Ekrem Imamoglu
Ekrem Imamoglu

İstanbulun Beylikdüzü bölgəsinin keçmiş meri İmamoglu bu seçkiyə qədər elə də tanınmırdı. İndi bütün İstanbulu onun “Hər şey gözəl olacaq” sözləri yazılmış plakatları bürüyüb. Agentlik yazır ki, İmamoglu Erdogan-ı elə də tənqid eləmir, daxili siyasətə fokuslanır. Ancaq təkrar seçki kampaniyası zamanı o, mart seçkisinin nəticəsinin ləğvini “ədalətsiz və qanunsuz” qərar adlandırıb.

Agentlik yazır ki, Imamoglu-dan ötrü ikinci və qəti qələbə yeni siyasi karyeranın başlanğıcı olar, sonradan Erdogan-ın özünə meydan oxuya bilər.

“Son illər mediada belə bir spekulyasiya dolaşır ki, AKP-dən tanınmış siyasətçilər çıxaraq yeni siyasi partiya yarada bilərlər. Bəzi təhlilçilərin fikrincə, İstanbuldakı təkrar seçkidə AK Partinin məğlubiyyəti bu prosesi sürətləndirə bilər. Ancaq partiya rəsmiləri belə bir parçalanma ehtimalını təkzib edirlər”, – agentlik yazır və AKP məğlub olarsa, Erdogan-ın hökumətdə bəzi dəyişiklik edə biləcəyini yazır.

Honq Konqda etirazlar, arxiv fotosu
Honq Konqda etirazlar, arxiv fotosu

Honq Konqda etirazlar davam edir

Cümə günü səhər yüzlərlə tələbə yenə də Honq Konqda hökumət binaları qarşısına yığışıblar, bəziləri magistral yolu bağlayıblar. Onların ölkədə etirazlar yaratmış ekstradisiya qanunvericiliyi ilə əlaqədar tələblər üçün qoyduqları vaxt bitib.

“The Associated Press” agentliyi etirazların dinc başladığını, ancaq zorakı qarşıdurmaya keçmək potensialının qaldığını yazır.

Etirazların liderləri Honq Konq lideri Carrie Lam administrasiyasına təzyiqi saxlayacaqlarını deyiblər. Son həftələr bu şəhərdə küçələrə yüzminlərlə nümayişçi çıxıb.

“Mən özüm zorakılığa qarışan deyiləm. Burada əyləşəcək, bəzi xristian himnləri oxuyacaq, müqavimətimizi göstərəcəyik, hökumət bizə cavab verənədək onu iflic edəcəyik”, – tələbə Brian Chow deyib.

Özünü Yvonne kimi təqdim edən başqa bir tələbə də hərəkatda iştirakını davam etdirəcəyini söyləyib.

Agentlik bir çox etirazçıların tam adlarını vermək istəmədiklərini, üzlərini maskayla bağladıqlarını yazır. Onlar hökumətin, yaxud təhsil ocaqları rəhbərlərinin potensial intiqamından çəkiniblər.

Cümə günü hökumət idarələri “təhlükəsizlik səbəbləri”ndən bağlanıb.

İranla nüvə sazişini xilas etmək olarmı

“Karnegi” fondunun saytında Judy Dempsey bu sualı bir neçə ekspertə ünvanlayıb.

Tehranda qadınlar
Tehranda qadınlar

Karnegi Avropa Fondunun əməkdaşı Cornelius Adebahr deyib ki, sazişi xilas etmək mümkündür və bütün tərəflər bunun nəyin bahasına başa gələcəyini bilirlər: İran saziş çərçivəsindəki nüvə məhdudiyyətlərinə əməl etsin, Çin, AB və Rusiya isə əhəmiyyətli ticarət aparsınlar. “Bunu etmək ola bilsin, çox çətindir, həm də təkcə avropalılar üçün deyil, sazişi imzalamış qeyri-Qərb tərəfləri üçün belə. Bu səbəbdən hadisələr heç bir tərəfin marağında olmayan istiqamətdə inkişaf edir və bu, çətin və ağrılı qərardan daha üstün sayılır”, – məqalədə deyilir.

Təhlilçinin fikrincə, Tehran razılaşmanın nüvə ehtiyatı, yaxud ən pisi, zənginləşdirmə səviyyəsini artırmaqla bağlı məhdudiyyəti pozarsa, avropalılar sanksiyalardan öncə sazişə əməl olunması prosesinə istinad edəcəklər, razılaşmanın hələ də qüvvədə olduğunu vurğulayacaq, daha çox vaxt qazanacaqlar.

Karnegi Beynəlxalq Sülh Fondundan Jarrett Blanc da sazişi xilas etməyin mümkün olduğunu düşünür. O, Birləşmiş Ştatlar sazişdən çıxandan sonra belə, son bir il ərzində İranın sənədə sadiq qalmasına diqqət çəkir.

“Ancaq bu qətiyyət çox davam edən deyil. Regionda gərginlik sürətlə qızışır, İran sazişin məhdudiyyətlərinin icrasını bir neçə günə dayandırmaqla hədələyir. Əgər Çin, Rusiya və Avropa bunu prioritet edərlərsə, sazişin bir versiyasını xilas etmək mümkün olar. Çin normal neft alışını bərpa eləsə və Avropa hökumətlərin azından ABŞ-ın sanksiya təhdidlərinə dirəniş göstərməyə hazır olduğunu, bunu bacardığını göstərməkdən ötrü siyasi jest göstərsə, hərarəti azaltmaq İranın marağında ola bilər”, – o deyib.

XS
SM
MD
LG