Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 08:30

Dağlarda sərhəd nişanları quraşdırılacaq


Sərhəd

İyunun 18-dən 20-dək Bakı şəhərində Azərbaycan ilə Rusiya arasında Dövlət Sərhədinin Demarkasiyası (demarkasiya -sərhəd müəyyən edilənə qədər çəkilən xətdir) üzrə Birgə komissiyanın növbəti, yeddinci iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumatına görə, iclasda dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

«Görüş əsnasında tərəflər dövlət sərhəd xəttinin yüksək dağlıq ərazilərdəki hissədə sərhəd nişanları ilə işarələnməsi üzrə iş planı qəbul edib. İclasın nəticələrini əks etdirən protokola uyğun olaraq, birgə komissiyanın işçi qrupu tərəfindən bu ilin iyul-oktyabr aylarında yüksək dağlıq ərazilərdə sərhəd nişanlarının yerləri müəyyən ediləcək və həmin nişanlar quraşdırılacaq. Eləcə də, dövlət sərhəd xəttinin meşədə, körpü və sərhəd-buraxılış məntəqələrində müvafiq demarkasiya işləri aparılacaq», - məlumatda qeyd edilir.

Birgə komissiyanın növbəti iclasının Rusiya Federasiyası ərazisində keçirilməsi nəzərdə tutulur.

Azərbaycanla Rusiya arasında dövlət sərhədinin uzunluğu 391 kilometrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG