Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Michel Platini saxlanıb


Michel Platini
Michel Platini

Avropa futbol assosiasiyası – UEFA-nın keçmiş rəhbəri Michel Platini iyunun 18-də Fransa polisi tərəfindən saxlanıb.

Reuters agentliyi xəbər verir ki, o 2022-ci il Dünya Kubokunun ev sahibliyinin Qətərə verilməsi ilə bağlı sorğu sual-olunur.

Platininin vəkili William Bourdon deyib ki, onun müştərisi ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmir və o “texniki məsələlər” barəsində dindirilir.

Fransa Dövlət Maliyyə Prokurorluğu 2022-ci il Dünya Kuboku yarışının ev sahibliyinin Qətərə verilməsi təfərrüatlarını 2016-cı ildən araşdırır.

Prokurorluq ev sahibliyinin verilməsində iddia edilən korrupsiyanın olub-olmadığını aşkar etməlidir.

Vəkil William Bourdon bəyan edib ki, Platininin saxlanması həbs deyil və o əslində şahid kimi dindirilir.

Qətər Dünya Kuboku Təşkilat komitəsi indilik bu xəbərə heç bir şərh verməyəcəyini bildirib.

Dünya futboluna rəhbərlik edən FIFA bildirib ki, bu təşkilatın keçmiş vise-prezidenti Platini ilə bağlı xəbərdən məlumatlıdır, lakin istintaqın detalları barədə heç nə bilmir.

2010-cu ildə 2022-ci il dünya futbol çempionatı sahibliyinin Qətərə verilməsi bir çox səbəblərdən təəccüb və şübhələr doğurmuşdu. Futbol bu ölkədə o qədər də populyar deyil, burada iqlim qızmardır və Qətər yığması güclü komanda sayılmır.

Le Monde qəzeti yazır ki, prokurorluq xüsusilə də çempionat sahibliyinin Qətərə verilməsindən 9 gün əvvəl ovaxtkı Fransa prezidenti Nicilas Sarkozy-nin keçirdiyi ziyafətlə bağlı iddiaları araşdırır.

Bu rəsmi naharda Platini və o vaxt Qətərin baş naziri olan hazırkı əmir Sheikh Tamim Ben Hamad Al Thani də iştirak edirdilər.

Platini Qətərin namizədliyini dəstəklədiyini təsdiqləyib, lakin bildirib ki, bunu ondan Sarkozy xahiş etməyib.

Reuters agentliyinin məlumatına görə iyunun 18-də keçmiş prezident Sarkozy-nin iki vəzifəli müşaviri – administrasiya rəhbəri Claude Gueant və idman məsələlərinə baxan Sophie Dion da dindiriliblər.

Platini ilə birlikdə saxlanmış xanım Dion hələ də sərbəst buraxılmayıb. Sonralar Sarkozy-nin daxili işlər naziri olmuş Claude Gueant “sərbəst şahid” hesab edilir.

Fransa qanunlarına görə şahidlər 48 saat ərzində saxlana bilərlər.

Platini 2011-ci ildə onun FIFA-dan 1, 8 milyon İsveçrə frankı alması barədə təhqiqat başlananada FIFA vise-prezidentliyindən istefa vermişdi.

Platini 1970-80-ci illərdə Fransa futbolunun əfsanəsi sayılırdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG