Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 12:55

Dünya çempionatlarına ev sahibliyi məsələsi araşdırılır


Rusiya-2018

Fransada təhqiqatçılar 2018-ci futbol üzrə dünya çempionatının ev sahibliyinin Rusiyaya, 2022-ci ildə isə Qətərə verilməsini araşdırır. Bu haqda media aprelin 27-də yazıb.

Fransanın milli maliyyə prokurorluğu iqtisadi cinayəti təhqiq edir və bu araşdırmanı ötən il başladıb. AP və «Reuters» xəbər agentlikləri bunu adları çəkilməyən Fransa rəsmilərinə istinadla yazırlar. Müstəntiqlər mümkün korrupsiya pozuntularının araşdırırlar.

Onların sözlərinə görə, FIFA-nın keçmiş prezidenti Sepp Blatter aprelin 20-də İsveçrədə yerli prokurorlar tərəfindən, iki fransalı hakimin iştirakıyla şahid kimi dindirilib.

İsveçrə bu məsələ üzrə hələ 2015-ci ildə cinayət işi başladıb, bəzi fərdləri çirkli pul yumada şübhəli bilir.

Ev sahibliyi hüquqları Rusiya və Qətərə 2010-cu ilin dekabrında Sürixdə FIFA-nın icraiyyə komitəsi tərəfindən verilib.

Rusiya və Qətər heç bir yanlışa yol verilmədiyini deyir. FIFA-nın özünün başlatdığı təhqiqat 2014-cü ildə bitib və bu ölkələri ev sahibliyindən məhrum etməyə heç bir dəlilin tapılmadığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG