Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Aprel, Cümə, Bakı vaxtı 10:58

Navalny üçün çalışan fəala FSB təzyiq göstərib?


Olga Kuznetsova

Rusiyanın Saratov regionunda müxalif siyasətçi Aleksei Navalny üçün çalışan fəal deyir ki, Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentləri olduğunu deyən adamlar ondan informant kimi işləməsini tələb ediblər, razılaşmayacağı halda hədələyiblər.

Olga Kuznetsova-nın iyunun 18-də deməsinə görə, özlərini FSB agentləri adlandıranlar onu Saratov Dövlət Universitetində dərs otağından çıxarıblar, Navalny-nin Anti-Korrupsiya Fondunun apardığı antikorrupsiya araşdırmaları haqda informasiya istəyiblər.

İmtina edəcəyi halda, həmin şəxslər ona və anasına qarşı cinayət işi açılacağı ilə hədələyiblər, Kuznetsova deyib. O, söhbətin iyunun 14-də baş tutduğunu söyləyib.

Fəalın AzadlıqRadiosu-na (RFE/RL) deməsinə görə, imtina edincə adamlar onun pasportunu alıblar.

XS
SM
MD
LG