Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:04

Putinin reytinqi yenə düşüb


Vladimir Putin
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putinin reytinqi yeni sorğu metodikasına baxmayaraq yenə düşüb. Rusiyanın İctimai Rəyi Öyrənmə Mərkəzi (VTSIOM) Rusiya siyasətçilərinin həftəlik reytinqini açıqlayıb.

İyunun 3-9-da keçirilmiş sorğunun nəticələrinə görə, respondentlərin 71,7 faizi Putinə inandığını bildirib. Bir həftə öncə bu göstərici 72,4 faiz idi.

Prezidentə inanmadığını hər dörd respondentdən biri dilə gətirib. Bu, bir həftə öncəki göstəricidən azacıq da olsa yüksəkdir.

VTSIOM mayda yeni sorğu metodikası barədə məlumat yaymışdı. O zaman Putinə ən aşağı – 31,7 faiz etimad göstəricisi üzə çıxmışdı. O vaxtadək ən aşağı göstərici 2005-ci ildə qeydə alınmışdı – 45 faiz.

Kreml izahat istəyəndən sonra...

Kreml sosioloqlardan izahat istəyib, çünki digər sorğular dövlət başçısına elektoral dəstəyin artdığını göstərir. Bundan sonra VTSIOM rəhbəri Valery Federov deyib ki, Putinin reytinqinin aşağı olmasının səbəbi sorğunun qeyri-düzgün metodikasıdır. Amma bu metodikayla illərdir sorğu keçirilir.

***Buna da bax: Rusiyada Putinə etimad rekord səviyyəyə enib

Federovun deməsinə görə, etimad göstəricisini müəyyənləşdirmək üçün açıq sualdan istifadə olunub: “Zəhmət olmasa, hamıdan çox inandığınız dörd-beş rusiyalı siyasətçinin adlarını çəkin”. Adamlar özləri məmurların adlarını çəkiblər. Mərkəz rəhbəri deyib ki, “siyasətçiyə inamın onun adını heç bir eyham olmadan yada salınmasıyla məhdudlaşdığını demək – böyük şişirtmədir”.

Mayın sonundan VTSIOM metodikanı dəyişib, respondentlərə “qapalı” sual verməyə başlayıb: “Zəhmət olmasa deyərdiz, Vladimir Putinə inanırsınızmı, ya yox?” Bundan sonra prezidentə inam reytinqi 30 faizdən çox yüksəlib.

Müstəqil Levada mərkəzinin direktor müavini Denis Volkov isə deyir ki, qapalı sual hakimiyyətə sərfəlidir, çünki “hə/yox” cavabını seçməyə gəldikdə respondentlər sosial baxımdan bəyənilən cavablara meyllənirlər.

Ancaq yeni metodikanın tətbiqinə baxmayaraq, mayın sonundan Putinin fəaliyyətini bəyənmə reytinqi azacıq da olsa azalıb – 65,8 faizdən 64,2 faizə düşüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG