Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 23:28

Dağıstanın rəhbəri xəstəxanaya yerləşdirilib


Vladimir Vasilyev parlamentdə, arxiv fotosu

Rusiyanın Şimali Qafqazdakı Dağıstan regionunun rəhbəri Vladimir Vasilyev pnevmoniya diaqnozuyla xəstəxanaya yerləşdirilib.

Regional hökumətin mətbuat xidməti iyunun 17-də bildirib ki, Baş nazir Artyom Zdunov region rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.

Son illər Dağıstanda kriminal qruplaşmalar, biznes müharibələri, siyasi rəqabət, silahlı islamın yayılması nəticəsində zorakılıq güclənib.

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra ilk dəfə olaraq Prezident Vladimir Putin Dağıstan rəhbərliyinə kənardan Vasilyev və Zdunovu təyin edib. O zaman bir çoxları bu addımı Moskvanın regionda korrupsiyayla mübarizə aparmaq cəhdi kimi dəyərləndirmişdi.

69 yaşlı Vasilyev 2017-ci ildə vəzifəyə təyin olunmamışdan öncə polis general leytenantı, daxili işlər nazirinin keçmiş müavini kimi çalışıb.

41 yaşlı Zdunov isə Tatarıstanda iqtisadiyyat naziri işləyib. O, vəzifəyə 2018-ci ilin fevralında təyin olunub. O zaman bir sıra hökumət rəsmiləri sosial proqramlar üçün nəzərdə tutulmuş büdcə pulunu mənimsəməkdə ittiham olunaraq saxlanıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG