Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:44

Şimal rayonlarında yağıntı gözlənir


Yağış

İyunun 18-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da iyunun 18-də bir elə yağıntı gözlənmir. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 18-23, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 21-26 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG