Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 16:36

Nazirlərin iyunun 20-da Vaşinqtonda görüşü gözlənir


Nazirlər və həmsədrlərin Nyu-York görüşü. 26 sentyabr 2018

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında növbəti görüş gözlənir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) iyunun 14-də yaydığı məlumatda yazılıb.

Məlumatda qeyd edilir ki, bu il iyunun 20-də Vaşinqton şəhərində keçirilməsi nəzərdə tutulan görüşün ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə gerçəkləşəcəyi gözlənir.

Bir müddət öncə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etmişdilər. Həmin səfərin gedişində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün planlaşdırıldığı açıqlanmışdı.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

Həmsədrlərin vasitəçiliyi ilə münaqişənin dinc yolla həll olunması məqsədilə hər iki ölkənin prezidentləri və xarici işlər nazirləri arasında görüşlər təşkil edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG