Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:03

60 hektar taxıl zəmisində yanğın olub


Yanğın

İyunun 12-si axşam saat 23 radələrində Şamaxı rayonunun Göylər kəndinin ərazisində taxıl sahəsində yanğın baş verib.

Şamaxı Rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata görə, yanğın təxminən 150 ailəyə (600 nəfərə) məxsus 60 ha biçilməmiş taxıl zəmisini, 100 ha biçilmiş sahəni və 40 ha otlaq ərazini əhatə edib.

Şamaxı RİH-dən bildiriblər ki, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirlikləri və onlar yanğının digər ərazilərə yayılmamasından ötrü tədbirlər görüblər. «Əraziyə Şamaxı, Qobustan, Hacıqabul, Ağsu, İsmayıllı, Kürdəmir rayonlarından yanğınsöndürmə texnikaları və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq texnikaları cəlb edilib, yanğının söndürülüb».

Məlumata görə, yanğının söndürülməsi 6 saata yaxın çəkib.

Şamaxı RİH bildirib ki, hazırda yanğın nəticəsində dəymiş ziyan və hadisənin səbəbləri ilə bağlı araşdırma gedir.

Göylər kəndi Şamaxı rayon mərkəzindən 17 kilometr aralıda yerləşir. Bu kənd rayonun Şamaxı şəhərindən sonra ən böyük yaşayış məntəqəsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG