Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 07:10

Şimal və qərb rayonlarında yağıntı gözlənir


Yağış

İyunun 12-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, mülayim cənub küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-23, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da iyunun 12-də havanın yağmursuz keçəcəyi gözlənir. Lakin bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 16-21, gündüz 31-37, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG