Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 15:17

Müdafiə nazirləri Qəbələdə görüşəcəklər


Azərbaycan Müdafiə Nazirliyi

İyunun 12-də Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilməlidir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin iyunun 11-də yaydığı məlumatda yazılıb.

Nazirliyin məlumatına görə, Azərbaycan müdafiə naziri Zakir Həsənovun, Türkiyə milli müdafiə naziri Hulusi Akarın və Gürcüstanın müdafiə naziri Levan İzoriyanın görüşünün Qəbələ şəhərində (Azərbaycan) keçiriləcəyi nəzərdə tutulur.

Məlumatda vurğulanır ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra başqa məsələlər barədə fikir mübadiləsi aparılması gözlənilir.

Xatırlatma

Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri üçtərəfli formatda ilk görüşü 2014-cü ildə keçirib və həmin zamandan belə üçtərəfli formatda görüşlər təşkil edilir.

Verilən məlumatlara görə, görüşdə regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılır, bölgədə sabitliyin təmin edilməsi yolları nəzərdən keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG