Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 06:14

New York Times-ın İran müxbiri işləyə bilmir


Thomas Erdbrink

“The New York Times” qəzeti iyunun 10-da bildirib ki, son dörd ayda Tehran müxbirinin işləməsinə şərait yaradılmır.

Müxbir Niderland vətəndaşı olan Thomas Erdbrink-dir, 2012-ci ildən İrandan “The New York Times” üçün yazır.

Erdbrink-in Tehranda yaşamasına baxmayaraq, fevraldan bəri işləyə bilmir, çünki akkreditasiyası ləğv olunub, qəzet bildirib.

Qəzet sosial mediada yayılmış spekulyasiya və şərhlərdən sonra məsələni ictimailəşdirmək qərarına gəldiyini açıqlayıb.

Tehranla Birləşmiş Ştatlar arasında gərginliyin artdığı bir dönəmdə Erdbrink-in imzasının görünməməsi diqqət çəkməyə başlayıb.

Qəzetin bildirməsinə görə, İran Xarici İşlər Nazirliyinin rəsmiləri dəfələrlə Erdbrink-in akkreditasiyasının tezliklə bərpa olunacağını bildiriblər.

Qəzetin beynəlxalq redaktoru Michael Slackman deyib ki, nazirlik indiyədək yubanmanın izahını verməyib, yaxud akkreditasiyanın ləğvini əsaslandırmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG