Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:09

Yushchenko korrupsiyada şübhəli bilinir


Viktor Yushchenko sərhədçilərlə, 2008-ci il

Ukraynanın keçmiş prezidenti Viktor Yushchenko hakimiyyətdən sui-istifadə və dövlət mülkiyyətini mənimsəməkdə şübhəli bilinir. Təhqiqatçılar Kiyev yaxınlığında yaşayış kompleksinin qanunsuz özəlləşdirildiyini deyirlər. Mezhyhirya kompleksi Yushchenko-nun baş naziri və xələfi Viktor Yanukovych-in iqamətgahı olub.

Baş prokurorluğun sözçüsü Larysa Sarhan iyunun 6-da bildirib ki, Yushchenko-ya poçtla və şəxsən informasiya verilib, o, “hakimiyyətdən sui-istifadə etməklə mülkiyyətin mənimsənilməsi, yaxud ələ keçirilməsi”ndə şübhəli bilinir.

2005-2010-cu illərdə prezident olmuş Yushchenko 540 milyon qrivna (19,7 milyon dollar) dəyərində əmlakı qanunsuz özəlləşdirməkdə kömək etdiyi bildirilir.

Yuschchenko, yaxud vəkilləri hələlik, ittihamlarla bağlı şərh verməyiblər.

Kiyev yaxınlığında dəbdəbəli iqamətgah olan Mezhyhirya 2007-ci ildə özəlləşdirilib, o vaxtadək dövlət əmlakı olub. Onu 2010-cu il prezident postuna keçmiş Yanukovych-ə yaxın biznesmen özəlləşdirib.

Yanukovych 2014-cü ilin fevralında Avromaydan hadisələri zamanı ölkədən qalıb. O vaxtdan 350 hektarlıq Mezhyhirya ərazisi milli parka və muzeyə çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG