Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:44

Dağlıq ərazilərdə leysan, dolu gözlənir


Yağış

İyunun 7-də Bakı və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənir. Mülayim şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 20-23, gündüz 27-32, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti proqnozlaşdırılır.

İyunun 7-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Amma gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG