Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 06:23

Sinaydakı hücuma görə İŞİD məsuliyyəti götürüb


Sinay yarımadası, arxiv fotosu

Misirin Sinay yarımadasında təhlükəsizlik qüvvələrinə hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) ekstremist qruplaşması üzərinə götürüb.

Misirin Daxili İşlər Nazirliyi iyunun 5-də El-Ariş şəhərində buraxılış məntəqəsinə hücumda səkkiz polis əməkdaşının öldürüldüyünü bildirib.

Atışma zamanı beş yaraqlının da öldürüldüyü bildirilir.

İŞİD-ə bağlı Amaq xəbər agentliyi yaraqlıların “iki polis buraxılış məntəqəsinə eyni zamanda hücum olunduğunu” bildirib.

Hücum misirlilərin Ramazan bayramını qeyd etdiyi zaman baş verib.

Misir illərdir Sanay yarımadasında ekstremist islamçı yaraqlılarla mübarizə aparır. Yaraqlılar tez-tez təhlükəsizlik qüvvələrinə, xarici turistlərə, kopt xristian azlığına hücumlar edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG