Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 04:48

Alibasov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib


Bari Alibasov

Rusiyanın veteran musiqiçi və prodüserlərindən olan Bari Alibasov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və vəziyyəti ağır qiymətləndirilir. Bu haqda Rusiya mediası yazıb.

Alibasov xəstəxanaya bir gün öncə, mədə və həzm sistemində ağrılarla yerləşdirilib. Media xəbəri iyunun 5-də Moskvadakı Sklifosovski Tibb Mərkəzinə istinadla yayıb.

Prodüserin sözçüsü Sergei Motsar deyib ki, o, evdə bir stəkan stəkandakı kimyəvi maddəni su sanaraq udub.

71 yaşlı Alibasov Qazaxıstanın şimal-şərqində doğulub. 1960-cı illərin sonlarında, sovet hakimiyyətinin roka münasibətinin isti olmadığı bir dönəmdə Qazaxıstanın şərqindəki Oskemen şəhərində İnteqral adlı caz-rok qrupunu yaradıb.

Keçmiş Sovet İttifaqı ərazisində populyarlaşan qrup 1989-cu ildə buraxılıb.

1990-cı illərdə Alibasov-un Na-Na adlı pop ansamblı Rusiyada və keçmiş sovet respublikalarının çoxunda populyarlaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG