Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 11:48

Ukraynanın şərqində dörd əsgər öldürülüb, dördü yaralanıb


Prezident Volodymyr Zelenskiy (ortada) Luqansk regionunda

Ukrayna ölkənin şərqində dörd əsgərinin öldürüldüyünü, dördünün yaralandığını bildirir.

Əsgərlərdən üçü separatçı qüvvələrin atəşkəsi pozması nəticəsində həlak olub, üçü isə yaralanıb. Müdafiə Nazirliyi belə deyir.

Daha bir əsgər isə separatçıların atdığı tank əleyhinə raketin Ukrayna silahlı qüvvələrinə məxsus ərzaq maşınını vurması nəticəsində həlak olub, bir əsgər yaralanıb.

Minsk sülh sazişləri tank əleyhinə raketlər daxil ağır silahları qadağan edir.

Nazirlik silahlı qüvvələrin azı bir separatçını öldürdüyünü, digərini yaraladığını bildirir.

2014-cü ildən bəri Donetsk və Luqansk regionlarında hökumət qüvvələri ilə separatçıların münaqişəsində 13 minədək adam həlak olub.

Minsk sazişləri çərçivəsində elan olunan atəşkəs razılaşmalarına tam əməl olunmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG