Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 06:50

Təzəpir məscidinin ətrafı genişləndiriləcək


Təzəpir məscidi

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkədə dini sahədə sabitlik olduğunu, ibadət üçün dindarlara hər bir şərait yaradıldığını bildirib. Onun iddiasına görə, yaradılan şəraitdən istifadə edən bəzi şəxslər ölkədəki hadisələri dünyaya başqa şəkildə çatdırmaq istəyirlər.

Bu haqda A.Paşazadə jurnalistlərə Təzəpir məscidində qılınan bayram namazından sonra verdiyi açıqlamada deyib.

QMİ sədri həmçinin, Təzəpir məscidinin ətrafında yenidənqurma işləri aparılacağını, genişləndiriləcəyini və parklar salınacağını söyləyib. Onun sözlərinə görə, bu, prezident İlham Əliyevin fikridir. A.Paşazadə bunu həmin məscidin xalqın mənəvi rəmzi olması ilə əsaslandırıb.

O, bayram namazında torpaqların tezliklə azad olunması, Azərbaycanın gələcəyi üçün dualar etdiyini də bildirib.

Bu il Ramazan ayı Azərbaycanda mayın 6-dan başlayıb. İyunun 5-6-sı Azərbaycanda Ramazan bayramı günləridir. Bu gün məscidlərdə bayram namazları qılınıb. İki gün ölkədə bayram tətilidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG