Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Putin: Rusiya-Çin münasibətləri 'misli görünməmiş səviyyəyə' yüksəlib


Vladimir Putin (sağda) və Xi Jinping iyunun 5-də Moskvada görüşüblər
Vladimir Putin (sağda) və Xi Jinping iyunun 5-də Moskvada görüşüblər

Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Xi Jinping-in Moskvaya səfəri zamanı deyib ki, iki ölkə arasında bağlar “misli görünməmiş səviyyəyə” çatıb.

İyunun 5-də Moskvanın Vnukovo hava limanında təntənəli şəkildə qarşılanan Çin prezidenti deyib ki, iki ölkə arasında münasibətlər “sınaqlardan və təlatümlərdən” keçsə də, hazırda həmişə olduğundan yaxşıdır.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra Qərbin sərt sanksiyalarl ilə üzləşib və buna görə də nəzərlərini şərq qonşularına çevirib.

Çin və Rusiya son illərdə BMT Təhlükəsizlik Şurasının səsvermələrində eyni mövqe nümayiş etdirirlər.

Xi ilə görüşdən sonra Putin deyib ki, iki lider “son dərəcə təcili qlobal məsələləri” müzakirə ediblər.

"Biz təsdiq etdik ki, Rusiya və Çinin əsas qlobal məsələlər üzrə mövqeləri oxşardır və ya üst-üstə düşür”.

***

Çin prezidentinin Moskvaya səfəri başlanır. Kreml bu səfəri dostluq və iqtisadi əlaqələrin yeni erası adlandırır.

Xi Jinping iyunun 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putin-lə danışıqlar aparmalıdır.

Bu səfər Rusiyanın Krımı ilhaqından, Qərblə münasibətləri kəskin pisləşəndən beş il sonraya təsadüf edir.

Xi Sankt Peterburqda iqtisadi forumda da iştirak edəcək.

Kremlin xarici siyasət müşaviri Yury Ushakov deyib ki, Xi-nin səfəri “ikitərəfli münasibətlərimiz üçün vacibdir”.

Ushakov-un sözlərinə görə, Xi və Putin “yeni eraya daxil olan qlobal tərəfdaşlıq və strateji əməkdaşlıq” üzrə yeni deklarasiya imzalayacaqlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG