Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 07:00

Çirkli havadan hər beş saniyədə bir nəfər ölür


Hava çirklənməsi

Hava çirkənlənməsi insanın yaratdığı problemdir, hər il dünyada bu problemdən yeddi milyon nəfər erkən ölür. Onlardan 600 min nəfəri uşaqlardır. Dünya əhalisinin 90 faizi çirkli hava udur.

Dünyada hər beş saniyədə çirkli hava səbəbindən bir nəfərin vaxtından qabaq dünyadan köçdüyü bildirilir.

İyunun 5-də Beynəlxalq Ətraf Mühit günü qeyd olunur. Bu ilin mövzusu hava çirklənməsidir.

BMT-nin insan haqları və ətraf mühit üzrə xüsusi məruzəçisi David Boyd ölkələri hava keyfiyyətini yaxşılaşdırmağa, insan haqları öhdəliklərini yerinə yetirməyə çağırıb.

Cənab Boyd bəyanatında deyib ki, çirklənməmiş hava sağlam ətraf mühit hüququnun əsas komponentidir. Bu hüquqa təmiz su, adekvat sanitariya, davamlı istehsal olunan ərzaq, zəhərli olmayan ətraf mühit, sağlam biomüxtəliflik, təhlükəsiz ətraf mühit də daxildir.

BMT təmsilçisi builki Beynəlxalq Ətraf Mühit gününə ev sahibliyi edən Çinin cəhdlərini “uğur hekayəsi” adlandırıb. Çinin paytaxtı Pekinin adı son onillər ərzində çirkli havanın sinonimi sayılsa da, yerli və regional hakimiyyətlərin birgə səyləri nəticəsində son illər durum yaxşılaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG