Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 23:48

Texnologiya şirkətlərinə qarşı təhqiqat başlanır


Amazon şirkətinin baş ofisi
Amazon şirkətinin baş ofisi

ABŞ konqresmenləri dünyanın ən böyük texnologiya şirkətlərinə qarşı antimonopoliya təhqiqatı başladır. Birləşmiş Ştatların hökumət tənzimləyicilərinin də oxşar istintaqa başlamaları gözlənir.

Nümayəndələr Palatasının Ədliyyə Komitəsi iyunun 3-də bildirib ki, “nəhəng texnologiya platformalarının bazar gücü başdan-ayağa nəzərdən keçiriləcək”.

Hansısa şirkət adı çəkilməyib, ancaq sənaye ekspertlərinin fikrincə, Konqresin ilk dəfə başlatdığı bu istintaq Facebook, Google, AmazonApple şirkətlərini hədəfə alır.

Facebook-un loqosu
Facebook-un loqosu

ABŞ mediasında yayılmış xəbərlərə görə, Ədliyyə Departamenti Google şirkətinin rəqabət təcrübəsini araşdıracaq. Wall Street Journal yazıb ki, Federal Ticarət Komissiyası Facebook-la bağlı istintaq hüququ əldə edib.

Adıçəkilən dörd şirkətin hamısının səhmləri iyunun 3-də ciddi ucuzlaşıb.

Hal-hazırda Birləşmiş Ştatlarda hökumətə şirkətlərdə yoxlama aparmaqdan ötrü təzyiq olunur.

Avropada oxşar yoxlamalar aparılıb, Google və digər şirkətlər milyardlarla dollar cərimələnib.

Federal Ticarət Komissiyası isə artıq Facebook-a qarşı mümkün gizlilik qaydalarının pozuntusunu araşdırmağa başlayıb.

XS
SM
MD
LG