Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 04:12

Stalin sosiskaları buraxılacaq


Stalin cavanlıqda

Rusiyanın Mari El Respublikasının Şelanger şəhərində ət emalı fabriki tezliklə sovet diktatoru Josef Stalinin adına sosiska buraxacağını bildirib.

Yerli “Golos Pravdy” kommunist qəzetinin iyunun 3-də yazmasına görə, fabrik üç yeni sosiska növü istehsal edəcək – Stalinin vəsiyyətləri, Stalinqrad və Sovet.

Məlumatda deyilir ki, “yeni sosiskaların adları onların dadlı olacağından xəbər verir”. Ancaq yeni məhsulların nə vaxt buraxılacağı açıqlanmayıb.

Zvenigovsky fabriki Kommunist Partiyasının Mari Eldəki komitəsinin birinci katibinə məxsusdur. Ivan Kazankov fabrikin səhmlərinin 99 faizinin sahibidir.

2015-ci ildə Şelangerin mərkəzində yerli administrasiya binasının qarşısında Stalinin üç metrlik heykəli ucaldılıb.

Stalinin hakimiyyəti dövründə milyonlarla adam edam olunub, Sibirdə və Qazaxıstanda Qulaq əmək düşərgələrinə göndərilib, yaxud məcburi kollektivləşdirmə nəticəsində acından qırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG