Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:43

Əliyev F.Salmanova görə Putinə zəng vurub


F.Salmanov

Azərbaycan prezidenti İlham Əliyev iyunun 3-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

«Prezident İlham Əliyev Rusiya Federasiyasının Surqut şəhərinin hava limanına görkəmli neftçi Fərman Salmanovun adının verilməsi ilə bağlı təşəkkürünü bildirdi və bu qərarın Azərbaycan ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qəbul edildiyini vurğuladı», - məlumatda yazılıb.

Telefon söhbəti zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. «Azərbaycan və Rusiya prezidentləri əlaqələrimizin inkişafına dair müxtəlif məsələlər və əməkdaşlığımızın perspektivləri, eləcə də gələcək təmaslar haqqında fikir mübadiləsi apardılar», - mətbuat xidməti qeyd edir.

Xatırlatma

Fərman Salmanov 1931-ci ildə Azərbaycanın Şəmkir rayonunda doğulub. 2007-ci ildə Rusiyada vəfat edib. O, Azərbaycan Sənaye İnstitutunu (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. Sibir neftinin kəşfi əsasən bu geoloqun adı ilə bağlıdır. Bu günlər Rusiya Federasiyasının Surqut şəhərinin hava limanına onun adı verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG