Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 00:39

İstixanalarda çətənə kolları aşkarlandığı açıqlanıb


Çətənə

Maştağa qəsəbə sakini Əhməd Quliyev narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinərək saxlanıb.

Bu barədə bu gün, iyunun 3-də Daxili İşlər Nazirliyindən bildiriblər. «Ə.Quliyevə məxsus bağ evinin həyətindəki ümumi sahəsi 880 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən, çəkisi 921 kiloqram olan 4021 ədəd çətənə kolu aşkar olunaraq götürülüb», - DİN-dən verilən məlumatda belə bildirilir.

Məlumata görə, Ə.Quliyev ifadəsində narkotik tərkibli bitkiləri əkdiyini və xüsusi qulluq etdiyini boynuna alıb.

Amma bu açıqlamanı, hələlik, Ə.Quliyevin özündən və ya vəkilindən dəqiqləşdirmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG