Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:07

Gender bərabərliyi yaxın illərdə çətin əldə oluna


Pakistanda polis qadınların 8 mart yürüşü
Pakistanda polis qadınların 8 mart yürüşü

2030-cu ilədək dünyanın heç bir ölkəsi gender bərabərliyinə nail ola bilməyəcək. Bunu beynəlxalq miqyasda razılaşdırılmış hədəflər üzrə irəliləyişi ölçən ilk indeks üzə çıxarıb. Bill və Melinda Gates Fondunun həmsədri Melinda Gates deyib ki, bu gün – iyunun 3-də açıqlanmış indeks “bütün dünya üçün bir oyanış zəngi olmalıdır”.

Hətta indeks üzrə yüksək bal toplamış Skandinaviya ölkələri belə 17 davamlı inkişaf məqsədləri (SDGs) üzrə gender öhdəliklərinin yerinə yetirilməsi üzrə böyük addımlar atmalıdırlar. Öhdəlikləri 193 ölkə 2015-ci ildə imzalayıb. Dünyada yoxsulluq və bərabərsizliyi aradan qaldırmağı, iqlim böhranını dayandırmağı hədəfləyən bu öhdəliklərin icrası üçün son tarix 2030-cu ildir.

Azərbaycan qonşulardan öndədir

İlk dəfə açıqlanan SDG Gender İndeksi üzə çıxarıb ki, 2,8 milyard qadın və qız onların həyatının yaxşılaşdırılmasından ötrü yetərincə iş görməyən ölkələrdə yaşayır.

Maaşlarda gender fərqi
Maaşlarda gender fərqi

129 ölkədə irəliləyiş qeydə alınıb. Onlar 0-100 bal üzrə dəyərləndiriliblər, 100 bal hədəfə çatılması deməkdir. Hədəflər gender bərabərliyini, qadınlara və qızlara təsir göstərən amilləri – qadınların mobil bankçılığa, internetə, təhlükəsiz su mənbəyinə çıxışı kimi məsələləri əhatələyib.

İndeksə görə, 90-dan yuxarı bal yığan ölkələr əla irəliləyiş əldə ediblər. 59, yaxud ondan az yığanlar hədəflərə doğru çətinliklə irəliləyirlər. 129 ölkə üzrə ortalama bal 65,7 sayılıb ki, bu da zəif nəticə sayılır. 129 ölkədə dünyadakı qadın-qızların 95 faizi yaşayır.

Azərbaycanın balı 61-dir, qonşulardan öndədir. Ermənistan 49, Gürcüstan 40, Rusiya 59 bal yığıb.

İndeksin əhatələdiyi ölkələrin hamısında qadınların parlamentdə yaxşı təmsil olunmadığı, maaşların verilməsində gender fərqi, gender zorakılığı ilə mübarizənin çətin getdiyi vurğulanır. Yalnız 21 ölkə 80 və yuxarı bal yığıb. Birinci yerdə duran Danimarkanın balı 89,3-dür.

Ilk onluqda daha sonra Finlandiya, İsveç, Norveç, Niderland, Sloveniya, Almaniya, Kanada, İrlandiya, Avstraliya gəlir.

21 ölkə isə 50-dən az bal yığıb. Cədvəlin dibində yer alan Çadın balı 33,4-dür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG