Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:28

ABŞ vizası üçün sosial şəbəkələr haqda informasiya istəniləcək


Nyu York
Nyu York

ABŞ Dövlət Departamenti viza almaq qaydalarına dəyişiklik edib. İndi ərizəçi sosial şəbəkələrdə hesabları, son beş ildə işlətdiyi telefon nömrələri, elektron ünvanlarını təqdim etməlidir.

Qurum qaydaların sərtləşdirilməsini “terrorçular və digər təhlükəli şəxslər”in müəyyənləşdirilərək ölkədən buraxılmaması zərurətilə izah edib.

Departament təmsilçisi deyib ki, ərizəçi sosial şəbəkələrdən istifadə etmədiyini də yaza bilər. Ancaq yoxlama onun yalan danışdığını üzə çıxararsa, onu “ciddi fəsadlar” gözləyir. Konkret hansı problemlərin yarana biləcəyi açıqlanmayıb.

***Buna da bax: Trump yeni immiqrasiya siyasətini açıqlayır

Hüquq müdafiəçiləri narahatdırlar

Əvvəllər sosial şəbəkələr barədə məlumatı yalnız əlavə yoxlamadan keçənlərdən tələb edirdilər. Məsələn, ərizəçi Birləşmiş Ştatlardan öncə Vaşinqtonun terrorçu kimi tanıdığı qrupların nəzarətində olan regionlarda olmuşdusa, belə informasiyanı təqdim etməliydilər.

İndi isə istənilən viza növü üçün müraciət edənlər bu məlumatı verməlidirlər. Yalnız diplomatlar və rəsmi nümayəndə heyətləri üzvləri istisnadır.

Amerika vətəndaş azadlıqlarını müdafiəsi birliyinin bəyanatına görə, “sosial şəbəkələrin monitorinqinin ədalətli və səmələri olmasına heç bir dəlil yoxdur”. Hüquq müdafiəçilərinin fikrincə, adamlar internetdə özlərinə senzura qoymalı olacaqlar.

BBC-nin rus xidməti qeyd edir ki, keçmiş prezident Barack Obama administrasiyası amerikan vizası istəyənləri çox yumşaq yoxlamadan keçirdiyinə görə tənqid olunurdu. Özəlliklə də, pakistanlı Tashfin Malik-ə viza verilməsi tənqidlərə səbəb olmuşdu. O, 2015-ci ildə San-Bernardinoda kütləvi qətlin törədilməsində iştirak edib. Həmin qətl zamanı 14 nəfər öldürülüb.

Bundan sonra aydın oldu ki, Malik sosial şəbəkələrdə ekstremist təşkilatlara dəstək bildirib, ancaq ABŞ hakimiyyəti ona viza verərkən buna diqqət ayırmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG