Keçid linkləri

2025, 21 İyun, şənbə, Bakı vaxtı 19:07

Trump yeni immiqrasiya siyasətini açıqlayır


Donald Trump
Donald Trump

ABŞ Prezidenti Donald Trump dünən –mayın 16-da yeni immiqrasiya siyasətinin planını açıqlayıb. Bu planda qohumluq əlaqələrinə deyil, yüksək kvalifikasiyalı (ixtisaslaşmış) mütəxəssislərə üstünlük verilir.

Hal-hazırda Birləşmiş Ştatlara qanuni mühacirlərin 66 faizi qohumluq əlaqələrinə, yalnız 12 faizi işədüzəlmə və kvalifikasiyaya əsasən gedir. Trump-ın mövqeyincə, yüksək ixtisaslı mütəxəssislərin immiqrasiya kvotası beş dəfəyədək artırılmalıdır.

“Biz bu gün zəkaya qarşı ayrı-seçkilik edirik... Bu plan keçsə, daha belə olmayacaq”, – Trump planını açıqlayarkən deyib.

Yeni sistemə görə, ABŞ-a mühacirətə gedən namizədlər bal şkalası üzrə dəyərləndiriləcək, üstünlük yüksək ixtisaslı işçilərə veriləcək, yaş, təhsil, ingilis dili səviyyəsi, ərizəçinin yaxşı maaşlı iş üzrə təklifləri nəzərə alınacaq. Oxşar immiqrasiya sistemləri Avstraliyada, Kanadada, yeni Zelandiyada mövcuddur.

ABŞ-da sənədsiz mühacirlər
ABŞ-da sənədsiz mühacirlər

Green Card lotereyasının dayandırılması təklif olunur

2018-ci ildə Birləşmiş Ştatlarda leqal mühacirlərin orta illik maaşı 43 min dollara yaxın olub. Trump-ın planına görə, ölkəyə təhsil və kvalifikasiya əsasında buraxılan əcnəbilərin illik gəliri üç dəfə artıq – 126 min dollara yaxınlaşacaq.

Prezident həmçinin yaşayış hüququ verən Green Card lotereya sisteminin dayandırılmasını təklif edir. 1991-ci ildə işə salınmış bir sistem üzrə ildə təxminən 50 min immiqrasiya vizası verilir. Bu lotereya əvəzində yaradılacaq yeni proqramda konkret peşə sahəsində istedadı olanlara üstünlük veriləcək. Humanitar əsaslarla verilən vizaların çəkisi isə 22 faizdən 10 faizə salınacaq.

Bu planın gerçəkləşməsindən ötrü Ağ ev onu Konqresdən keçirə bilməlidir. Hələ plan ictimaiyyətə açıqlanmazdan öncə Konqresdəki demokrat liderlər onu rədd ediblər. Demokratların Senatdakı lideri Chuck Schumer Trump-ın planını “qeyri-ciddi” adlandırıb.

“The Associated Press” yazır ki, prezident seçkiləri ərəfəsində Trump administrasiyasının belə bir mübahisəli məsələdə demokratlarla anlaşa biləcəyini ekspertlər elə də inandırıcı saymırlar.

“Onlar ailənin məziyyətlərinin olmadığını deyirlər? Demək istəyirlər ki, ölkəmizin tarixi boyunca Birləşmiş Ştatlara gələnlərin heç bir məziyyəti olmayıb”, – Nümayəndələr Palatasının spikeri Nancy Pelosi deyib.

XS
SM
MD
LG