Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:18

27 min kompensasiya almayıb, 13 min isə...


Maliyyə Nazirliyi

İyunun 3-də Maliyyə NazirliyiMaliyyə Bazarlarına Nəzarət Palatası prezident İlham Əliyevin bu il fevralın 28-də problemli kreditlərlə bağlı verdiyi fərmanın icrasına aid açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının icrası uğurla başa çatdırılıb.

Sözügedən qurumlar vurğulayıblar ki, mayın 31-nə kompensasiya hesablanmış vətəndaşların 95.5 faizinə ödənişlər edilib, bu da cəmi ayrılmış məbləğin 91.4 faizini təşkil edir.

Müxtəlif səbəblərə görə (şəxslərin ölkə xaricində olması, vəfat edənlər və s.) 27.5 min nəfər kompensasiyaların alınmasından ötrü müraciət etməyib: «Onların 20.5 minə yaxını lisenziyası ləğv edilmiş bankların və bank olmayan kredit təşkilatlarının, 7 minə yaxını isə fəaliyyətdə olan bankların payına düşür. Həmin vətəndaşlar 31.05.2019-cu il tarixindən sonra da banklara və poçt rabitəsinin milli operatoruna müraciət edərək kompensasiya ala bilərlər. Bundan əlavə, 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir. Palatada yaradılmış Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin ediləcək».

Açıqlamada qeyd edilib ki, Maliyyə Nazirliyi kompensasiyaların ödənilməsi məqsədilə 600.1 milyon manat məbləğində vəsait ayırıb: «Bu vəsait 562 min nəfər fiziki şəxsin 288.8 milyon manat ödəniş müddəti keçmiş kreditlərinə yönəldilmiş, 311.3 milyon manat isə müştərilərin sərəncamına verilmişdir. Bütövlükdə fərman çərçivəsində 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pulları banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinmiş, bu proses davam etməkdədir».

Açıqlamada yazılıb ki, bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanıb. Habelə 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya (kredit şərtlərinin dəyişdirilməsi) edilmiş və bu proses cari ilin sonunadək davam edəcək.

Xatırlatma

Prezident bu il fevralın 28-də «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərman imzalayıb. Fərmana görə, banklara 10 min dollara qədər kredit borcu olan fiziki şəxslərə devalvasiyalar nəticəsində dəyən ziyan əsasən dövlət hesabına ödənməlidir. 2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG