Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:02

Snapchat və YouTube niyə işləmirdi – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Bazar günü Birləşmiş Ştatların şərqində Snapchat YouTube platformalarında problem yaranıb, bu populyar tətbiqlərə çıxış mümkün olmayıb. “Frans Pres” problemə Google serverlərinin yüklənməsinin səbəb olduğunu yazır.

Google problemi etiraf edib, “Birləşmiş Ştatların şərqində şəbəkələrin yüksək səviyyədə yüklənməsini” yoluna qoymağa çalışdığını bildirib.

Gün ərzində istifadəçilər bir sıra populyar vebsaytlar və tətbiqləri yükləyə bilməməkdən gileylənirdilər.

“Google, YouTube, Snapchat, Shopify, heç biri işləmir. İnternet əriyir?” – bir Twitter istifadəçisi yazıb.

Snapchat və Google-a məxsus YouTube Twitter hesablarında server probleminin yarandığını təsdiqləyiblər.

İllüstrativ foto
İllüstrativ foto

Klaud xidməti Google-un ən cəlbedici xidmətlərindən biridir, ancaq Amazon, Microsoft kimi texnologiya şirkətləri tərəfindən güclü rəqabətlə üzləşir.

Martda dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook-un işində də bütün dünyada kəsinti yaranmışdı. O zaman sosial şəbəkə buna “server konfiqurasiyasında dəyişikliy”in səbəb olduğunu vurğuladı.

Sosial şəbəkənin işindəki fasilə dünyanın bir çox yerlərində azı 12 saat çəkmişdi, ən böyük təsir isə Şimali Amerika və Avropada qeydə alınmışdı.

Şimali Koreya rəsmisinin ‘qayıdışı’

Vaşinqtonla sammitin iflasına görə cəzalandırıldığı bildirilən Şimali Koreya rəsmisi dövlət mediasında göstərilib. Kim Yong Chol bazar ertəsi ölkə lideri Kim Jong Un-un yanında konsertə baxan yerdə görüntülənib.

Kim Jong Un (solda) və Kim Yong Chol (arxiv fotosu)
Kim Jong Un (solda) və Kim Yong Chol (arxiv fotosu)

Kim Yong Chol Şimali Koreyanın nüvə danışıqlarında əsas təmsilçisi, ABŞ Dövlət katibi Mike Pompeo-nun tərəfdaşı idi. Kim-in Trump-la iki sammitindən öncə o, Vaşinqtona gedərək Prezident Donald Trump ilə görüşüb.

Fevralda Hanoy sammitində heç bir razılaşma əldə olunmadı. Cənubi Koreyanın Chosun Ilbo qəzeti ötən həftə adını çəkmədiyi mənbəyə istinadla yazdı ki, Kim Yong Chol islah-əmək düşərgəsinə göndərilib. Aparıcı təmsilçi Kim Hyok Chol və Xarici İşlər Nazirliyinin dörd əməkdaşının isə Kim Jong Un-a xəyanət etdikləri üçün edam olunduqları bildirildi.

Pompeo Berlində jurnalistlərə demişdi ki, məlumatdan xəbərləri var və ABŞ “onu yoxlamaqdan ötrü əlindən gələni” edir.

Cənubi Koreyanın Sejong İnstitutunun təhlilçisi Cheong Seong-Chang “The Associated Press” agentliyinə deyib ki, Kim Yong Chol Hanoy sammitin iflasına görə daha çox məsuliyyət daşıyır deyə, Kim Hyok Chol-un edamı elə də ağlabatan görünmür.

“Kim Jong Un aparıcı rəsmiləri görüşlərin alınmamasına görə islah koloniyasına göndərsə, onları siyasi həbs düşərgələrinə salsa, heç bir rəsmi xarici danışıqlara getmək istəməz. Kim Birləşmiş Ştatlarla danışıqlardan imtina etməyənədək aşırı cəza tətbiq edəcəyi real görünmür”, – Chang deyib.

Kevin Hassett
Kevin Hassett

Ağ evdən daha bir istefa

Ağ evin aparıcı iqtisadçısı Kevin Hassett “tezliklə vəzifəsindən gedir”. Bunu Prezident Donald Trump bazar günü axşam Twitter-də yazıb.

"Onu əvəzləyəcək çox istedadlı adamın adı mən Birləşmiş Ştatlara qayıdan kimi açıqlanacaq. Gördüyü işlərə görə Kevinə təşəkkür etmək istəyirəm”, – Trump yazıb.

Hassett 2017-ci ilim sentyabrından İqtisadi Müşavirlər Şurasının sədri idi. Bundan öncə o, Amerika Sahibkarlıq İnstitutunda iqtisadçı kimi çalışıb.

Ötən payız Hassett Trump-ın ÜDM və işsizlik göstəriciləri barədə yazıdığı tvitinə açıq şəkildə qarşı çıxıb.

“Mən Tvitter Müşavirləri Şurasının sədri deyiləm”, – Hassett yazıb.

XS
SM
MD
LG